Dünya

Böyük Britaniyada karantin qaydalarını pozan şəxslər 10 min funt cərimə ödəyəcək

10 Fevral 2021 22:10
Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada karantin qaydalarını pozan şəxslər 10 min funt cərimə ödəyəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Böyük Britaniyanın səhiyyə naziri Met Hankok fevralın 15-dən etibarən ölkədə yeni qanunların qüvvəyə minəcəyini açıqlayıb.

Müəyyən ölkələrdən gələn və oteldə 10 gün ərzində karantində qalmalı olan insanlar otaq və test haqqı olaraq 1750 funt sterlinq ödəyəcəklər. Otellərdə karantin qaydalarını pozanlar 10 min funt sterlinq cərimə olunacaq və qırmızı siyahıya daxil olan ölkədən səfər edən biri ilə görüşən və yalan məlumat verən şəxslər isə 10 il müddətində azadlıqdan məhrum olunacaqlar.

Bu qanun Braziliya, Kolumbiya, Argentina, Anqola, Peru, Portuqaliya, Ekvador, Mozambik, Cənubi Afrika Respublikası və digər 33 ölkəyə şamil olunub.

Qanun mutasiyaya uğramış koronavirus növünün ölkədə yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.