Dünya

İranda inqilab yürüşləri keçirilir - Bu dəfə fərqli formada

10 Fevral 2021 15:14
Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İranın paytaxtı Tehran şəhərində, eləcə də ölkənin müxtəlif şəhər və rayonlarında İslam İnqilabının 42-ci ildönümü ilə əlaqədar yürüşlər simvolik olaraq avtomobil və motosikletlərlə keçirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, koronavirus pandemiyası ilə əlaqədar İranda İslam İnqilabı yürüşlərinin əhalinin iştirakı ilə kütləvi şəkildə keçirilməsinə icazə verilməyib.

Yürüş yerli vaxtla saat 10-da başlanıb.

İranda İslam İnqilabının qələbəsinin 42-ci illiyi ilə əlaqədar bütün tədbirlərin onlayn şəkildə keçirilməsi və televiziya vasitəsilə yayımlanmasına qərar verilib.

Ötən gecə də İranda İslam İnqilabının 42-ci illiyi ilə əlaqədar atəşfəşanlıq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.