Dünya

Rusiyada 12 yaşlı iki məktəbli qızın ölümü araşdırılır

9 Fevral 2021 21:26
Baxış: 1 350
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Samara vilayətində iki məktəbli qız dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə prokurorluğun regional şöbəsinin məlumatında bildirilib.

Hadisənin motivlərinin və başvermə səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma başlanılıb. Qeyd edilib ki, araşdırma prokurorluğun nəzarətindədir.

Bölgə prokuroru Sergey Berijitski hadisə yerinə gəlib.

Şəhər təhsil şöbəsindən qızların əlaçı, dərslərə davamiyyətlərinin müsbət olduğu bildirilib.

Ölən məktəbli qızların 12 yaşı var.

Məktəblilərin hər ikisinin meyiti çoxmərtəbəli binanın qarşısında tapılıb.

Onların pəncərədən yıxıldığı etimal edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.