Dünya

Gürcüstanda koronavirusla bağlı bəzi məhdudiyyətlər ləğv olunub

8 Fevral 2021 19:54
Baxış: 918
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda koronavirusla əlaqədar tətbiq olunan məhdudiyyətlərin bir qismi fevralın 8-dən ləğv olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən bu gündən paytaxt Tbilisidə daxil olmaqla bütün böyük şəhərlərdə şəhərdaxili bələdiyyə nəqliyyatının hərəkəti, metro, avtobus və mikroavtobusların fəaliyyəti bərpa olunur.

Bundan başqa, ölkə ərazisindəki bütün qeyri-ərzaq mağazalarının, qapalı bazarların fəaliyyəti bərpa edilir.

Qida müəssisələri və restoranların fəaliyyətinə isə fevralın 15-dən icazə veriləcəyi bildirilir.

Qərarda qeyd olunur ki, böyük şəhərlərdə bərpa edilən sahələr üzrə məhdudiyyətlər şənbə və bazar günləri qüvvədə qalacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.