Dünya

Azərbaycanlı professor Aygün Attar Ərdoğanın məsləhətçisi oldu

6 Fevral 2021 10:50
Baxış: 2 235
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor və keçmiş rektor Aygün Attarı prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, sərəncam "Rəsmi Gəzet"də dərc olunub.

Professor Aygün Attar Giresun universitetinin rektoru olub, 2019-cu ildə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin başqanı seçilib.

Türkiyə prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurası ölkənin xarici siyasətinə dair təkliflər işləyib hazırlayır, regional problemlərin həllinə dair təkliflər irəli sürür, təhlükəsizlik məsələlərinə dair konsepsiyalar işləyib hazırlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.