Dünya

Türkiyədə növbəti “Evdə qal!” rejimi başlayıb

6 Fevral 2021 09:58
Baxış: 1 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq edilən məhdudiyyətlərə uyğun olaraq növbəti 56 saatlıq "Evdə qal!" rejimi başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 5-də Ankara vaxtı ilə saat 21:00-da qüvvəyə minən bu rejim fevralın 8-də saat 5:00-dək davam edəcək. Rejimi pozanlara qarşı ciddi tədbirlər görülür, o cümlədən pul cərimələri kəsilir.

Qeyd edək ki, hazırda Türkiyədə "Evdə qal!" rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.

Əhaliyə xəbərdarlıq edilib ki, dörd aya yaxın davam edən yeni sərtləşdirilmiş məhdudiyyətlərin bir qismi yumşaldılsa da, hələlik arxayınlaşmaq üçün heç bir əsas yoxdur. Yoluxma halında dinamik artım müşahidə olunsa, məhdudiyyət qaydalarına yenidən baxılacaq.

Xatırladaq ki, ölkə üzrə kütləvi peyvəndləmə qrafikə uyğun davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.