Dünya

Myanmanın devrilmiş prezidenti naməlum yerə aparılıb

6 Fevral 2021 10:05
Baxış: 1 209
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çevriliş zamanı hərbçilər tərəfindən həbs edilmiş Myanma Prezidenti Vin Myin prezident sarayından başqa binaya aparılıb, devrilmiş dövlət başçısının yeri məlum deyil.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Demokratiya Uğrunda Milli Liqa" (NLD) Partiyasının ictimaiyyətlə əlaqələr komitəsinin rəhbəri U Çji To bildirib.

"Prezident ailəsi ilə birlikdə prezident iqamətgahından başqa bir evə köçürülüb", - o, feysbukda yazıb.

Digər paylaşımında o bildirib ki, dövlət katibi (faktiki Myanmanın Baş naziri) Aun San Su Çji sağ-salamatdır və əvvəlki kimi ölkənin paytaxtı Neypyido şəhərindəki iqamətgahında dustaq kimi saxlanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.