Dünya

İndoneziya iqtisadiyyatında son 20 ildə ilk dəfə azalma qeydə alınıb

5 Fevral 2021 22:25
Baxış: 1 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 5-də dərc olunan rəsmi məlumatlara görə, İndoneziya iqtisadiyyatı 2020-ci ildə əvvəlki illə müqayisədə 2,07 faiz azalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son 20 ildə ilk dəfə qeydə alınan bu azalmanın əsas səbəbi kimi koronavirus pandemiyasına görə iqtisadi fəallığın aşağı düşməsi göstərilir.

Bununla yanaşı, Cənub-Şərqi Asiyanın bu böyük iqtisadiyyatının Sinqapur (5,8 faiz) və Filippinlə (9,5 faiz) müqayisədə qismən az aşağı düşdüyü qeyd edilir.

Bildirilir ki, İndoneziya hökuməti ötən il üçün ümumi daxili məhsulun (ÜDM) 1,7-2,2 faiz, iqtisadi analitiklər isə 2 faiz azalacağını proqnozlaşdırmışdılar. Qeyd edilir ki, ölkə iqtisadiyyatı son dəfə 1997-ci ilin Asiya valyuta böhranından sonra 1998-ci ildə azalmışdı.

Keçən il İndoneziyada ÜDM-in əsas hissəsini təşkil edən ev təsərrüfatlarının istehlak xərclərinin 2,63 faiz azaldığı da qeyd edilir. İndoneziya Statistika İdarəsinin məlumatına görə, ölkənin informasiya və kommunikasiya sektorları, həmçinin səhiyyə sahəsində 10 faizdən çox azalma qeydə alınıb.

Xatırladılır ki, 2019-cu ildə İndoneziya iqtisadiyyatında 5,02 faiz artım qeydə alınmışdı.

Əlavə olaraq qeyd edək ki, bu günə olan son məlumata görə, İndoneziyada 1,1 milyon koronavirusa yoluxma halı qeydə alınıb. Virusa yoluxma nəticəsində 30 mindən çox insan həyatını itirib ki, bu da regionun ən böyük göstəricisidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.