Dünya

Türkiyə apreldən turistlərin qəbuluna başlayır

5 Fevral 2021 18:09
Baxış: 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə yay turizm mövsümü aprel ayında başlayacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu "Haberturk"ə müsahibəsində ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib.

Onun sözlərinə görə, turizm mövsümü dərhal deyil, tədricən, ilk növbədə, Aralıq dənizindən başlayacaq, daha sonra isə Egey dənizini əhatə edəcək: "Məqsədimiz yay mövsümünə aprel ayında başlamaqdır. Əsasən, Avropa ölkələrindən turistlər gözləyirik".

Nazir onu da əlavə edib ki, aprel ayının sonundan etibarən may tətilinin başlayacağı Rusiyadan qonaqların, may ayının ortalarından isə müqəddəs Ramazan ayı bitdikdən sonra yerli turistlərin axını gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.