Dünya

Türkiyədə hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi

3 Fevral 2021 15:58
Baxış: 1 164
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə əlverişsiz hava şəraiti ilə bağlı insanlara müraciət edilib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Şərqi Anadolu bölgəsində yerləşən Van, Bitlis, Muş və Hakkari şəhərlərində şiddətli qar yağması gözlənilir. Yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsinin olduğu bildirilib.

Yolların buzlanması, şiddətli külək olacağı gözlənilir. Hava temperaturunun mənfi dərəcələrə enəcəyi proqnozlaşdırılır. İnsanlara zəruri olmadıqca yaşayış yerini tərk etməmək tövsiyə edilib. Sakinlərdən hava şəraitini nəzərə almaq və ehtiyat tədbirləri görmək xahiş edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.