Dünya

Çin peyvəndin də saxtasını hazırladı

2 Fevral 2021 16:26
Baxış: 826
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində koronavirus peyvəndini saxtalaşdırmağa başlayıblar.

Milli.Az lent.az-a istinadla verdiyi xəbərə görə, xüsusi əməliyyat zamanı polis COVID-19-a qarşı böyük miqdarda saxta peyvənd aşkar edib.

Pekindəki, eləcə də Tsyansu və Şandun əyalətlərindəki gizli dərman istehsalı və paylanması məntəqələrində üç mindən çox saxta peyvənd ələ keçirilib.

Polis bu cinayətlə əlaqəsi olan 80 nəfəri saxlayıb.

İlkin məlumata görə, cinayətkarlar ampulaları adi fizrastvor məhlulu ilə doldurub şişirdilmiş qiymətə satırdılar.

Eyni zamanda, öz istehsalı olan "Sinovac" peyvəndi Çin vətəndaşları üçün pulsuzdur.
Şübhəlilər bizneslərini 2020-ci ilin sentyabr ayından başlayıblar.

Cinayətkarlar "peyvəndi" xaricə çatdırmağı da planlaşdırıblarmış.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.