Dünya

Pakistanlı boksçu aldığı zərbədən yerindəcə öldü

2 Fevral 2021 08:43
Baxış: 813
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistanda 27 yaşlı peşəkar boksçu Məhəmməd Aslan Xan döyüş zamanı aldığı zərbədən vəfat edib.

"Tribune" nəşrinin məluatına görə, hadisə Kəraçi şəhərində baş verib.

Rəqibi Vəli Xan Tarinlə qarşılaşmada üzündən zərbə alan Məhəmməd yerə yıxılıb və huşunu itirib. Gənc boksçu tez bir zamanda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Aslan Xan aldığı zədə səbəbindən vəfat edib.

Əslən Bəlucistan vilayətindən olan boksçunun idman həyatı 2004-cü ildə başlayıb. 2017-ci ildə o, ölkə çempionu olub. Son illərdə isə peşəkar idman faəliyyəti ilə yanaşı, yerli seçki komissiyasında da çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.