Dünya

Rusiyada sosial media ilə bağlı qadağa qüvvəyə mindi

1 Fevral 2021 19:34
Baxış: 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya sosial mediasında qeyri-etik və təhqiramiz məzmunlu paylaşımlarla bağlı qərar verilib.

Milli.Az olaylar.az-a istinadən xəbər verir ki, "İnformasiya, informasiya texnologiyaları və informasiyanın qorunması qanunu"nda edilən dəyişikliyə əsasən, qeyri-etik və təhqiramiz məzmunlu paylaşımlar 24 saat ərzində silinməlidir.

Bundan əlavə, dövləti və onun rəmzlərini təhqir edən qanunsuz hərəkətlərdə iştirak etməyə çağırış məzmunlu paylaşımlar da qadağandır.

Qeyd edək ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Nəzarət Təşkilatı gəncləri icazəsiz etiraz aksiyalarında iştirak etməyə təşviq edən "TikTok" və "Instagram" kimi sosial media tətbiqlərinə xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.