Dünya

Böyük Britaniya Asiya-Sakit okean sərbəst ticarət blokuna qoşulmaq üçün müraciət edəcək

31 Yanvar 2021 22:59
Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya, Asiya-Sakit okean sərbəst ticarət bloku üzvlüyünə qoşulmaq üçün müraciət edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Britaniya 11 Asiya və Sakit okean ölkələrindən ibarət olan azad ticarət sahəsinə qoşulmaq üçün bu ilin sonlarına doğru danışıqlara başlayacaq.

Hökumət Avstraliya, Bruney, Kanada, Çili, Yaponiya, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur və Vyetnamın daxil olduğu bloka üzv olmaqla qida və içki məhsullarına həmçinin avtomobillərə tətbiq olunan tariflərin qaldıracağını, eyni zamanda texnologiya və xidmətlər sektorunu inkişaf etdirməyə kömək olacağını açıqlayıb.

Ticarət naziri, bazar ertəsi günü Yaponiyada və Yeni Zelandiyadakı həmkarları ilə rəsmi olaraq Asiya-Sakit okean sərbəst ticarət blokuna qoşulma haqqında rəsmi tələbi ilə çıxış edəcək.

Qeyd edək ki, blok 2018-ci ildə qurulub və əsas məqsədi üzv ölkələr arasında ticarət tariflərini azaltmaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.