Dünya

"Türkiyə də nüvə silahı hazırlayacaq" - "Ekonomist" jurnalı

31 Yanvar 2021 15:28
Baxış: 671
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrandan sonra Səudiyyə Ərəbistanı və Türkiyə də nüvə proqramı sahəsində addımlar ata bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərənin "Ekonomist" jurnalı məlumat yayıb.

Nəşr yazır ki, Yaxın Şərqdə vəziyyət bir qədər fərqlidir:

"İranla bağlı nüvə anlaşması artıq əhəmiyyətini itirir. ABŞ Prezidenti Co Bayden bu müqaviləni yenidən canlandırsa da, müddəalarının çoxu 10 il ərzində bitəcək. İran nə vaxtsa nüvə silahına sahib olacaqsa, Səudiyyə Ərəbistanı da geridə qalmaq istəməyəcək. Nüvə sahəsində Ər-Riyaddan sonra Ankara da addım ata bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.