Dünya

Türkiyədə Kəbəni təhqir edən 4 nəfər saxlanıldı

30 Yanvar 2021 18:22
Baxış: 789
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən İstanbulda Kəbənin fotosunun Boğaziçi Universitetinin qarşısında yerə sərilməsi ölkədə səs-küyə səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunda faktla bağlı "xalqın bir qisminin mənimsədiyi dini dəyərləri bilərəkdən təhqir etmə" maddəsi ilə araşdırma başladılıb.

Dəyanət İşləri sədri Ali Erbaş faktı kəskin pisləyib.

Türkiyə daxili işlər naziri Süleyman Soylu insidentlə bağlı 4 nəfərin saxlanıldığını açıqlayaraq həmin şəxslərin LGBT üzvü olduqlarını qeyd edib.

AKP sözçüsü Ömər Çəlik də məsələyə biganə qalmayıb: "Kəbəyə qarşı hörmətsizliyi kəskin qınayırıq. Kəbə insanlıq dəyərlərinin zirvəsidir. Heç bir çirkinlik Kəbəyə zərər verə bilməz. Elmin və dəyərlərə hörmətin hakimliyinin zəruri olduğu universitetdə gerçəkləşdirilən bu əməl təxribatdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.