Dünya

Portuqaliya 15 gün müddətinə öz sərhədlərini bağlayır

29 Yanvar 2021 19:54
Baxış: 637
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliya hökuməti yaxın 15 gün ərzində vətəndaşların ölkə xaricinə getməsini məhdudlaşdıracaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fövqəladə vəziyyət müddətinin uzadılması barədə debatlarda çıxış edən ölkənin daxili işlər naziri Eduardu Kabritanın sözlərinə görə, pandemiyaya qarşı mübarizə üzrə milli strategiya çərçivəsində bütün səfərlərə qadağalar tətbiq olunacaq.

Nazir bildirib ki, artıq Böyük Britaniyadan uçuşlara məhdudiyyət qoyulduğu və Braziliyaya uçuşlar dayandırıldığı üçün Portuqaliya hökuməti bütün Avropa İttifaqı üzrə risk zonaları arasında uçuşların məhdudlaşdırılması barədə qərara öz töhfəsini vermək niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.