Dünya

Almaniya bu 4 ölkə ilə uçuşları dayandırır

28 Yanvar 2021 18:54
Baxış: 631
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya koronavirusla mübarizə tədbirləri çərçivəsində İngiltərə, Cənubi Afrika Respublikası (CAR), Braziliya və Portuqaliya ilə hava əlaqəsini dayandırmağa hazırlaşır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Federal Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, mutasiyaya uğramış yeni virusun daha çox yayıldığı İngiltərə, CAR, Braziliya və Portuqaliya kimi ölkələrlə hava əlaqəsi ciddi şəkildə məhdudlaşdırılacaq və Niderland, Danimarka da həmin siyahıya daxil ediləcək.

Hava ilə yanaşı, quru sərhədləri də bağlanacaq.

Digər tərəfdən, Almaniyada risk zonası elan edilən ölkələrdən gələn bütün sərnişinlərdən neqativ test nəticələrini tələb edən bir sənəd istənilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.