Dünya

Rusiya aviaşirkəti Azərbaycana reysləri dayandıracaq

28 Yanvar 2021 10:54
Baxış: 1 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Aeroflot" aviaşirkəti martın 28-dən aprelin 30-dək 43 ölkəyə müntəzəm reysləri dayandıracağını elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu qərar koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyət tədbirlərinin uzadılması ilə bağlıdır.

Qeyd olunur ki, "Aeroflot"un Moskvadan Azərbaycana, eləcə də Avstriya, Almaniya, Belçika, Ermənistan, İtaliya, İspaniya, İran və digər ölkələrə reysləri ləğv olunacaq.

Eyni zamanda, yük daşımalarının davam edəcəyi deyilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.