Dünya

Hindistanda "TikTok" qadağan olundu

26 Yanvar 2021 11:45
Baxış: 622
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hindistan hökuməti Çinin mobil tətbiqlərinə qarşı sanksiyalar tətbiq edib və 59 tətbiqin ölkə ərazisində istifadəsini tamamilə qadağan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qadağan olunan tətbiqlər arasında "TikTok", "Baidu", "WeChat" kimi məşhur proqramlar da yer alıb.

Qeyd olunur ki, qadağaya səbəb həmin proqramların istifadəçilərin fərdi məlumatlarını toplaması və onları ölkə xaricində serverlərə ötürməsi ilə bağlı şikayətlər olub.

Ötən ilin iyununda da Hindistan hökuməti Çinin 100-ə yaxın tətbiqini bloklamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.