Dünya

ABŞ-da məşhur qəzetin iranlı əməkdaşı həbs olundu - Casus ittihamı

25 Yanvar 2021 14:54
Baxış: 952
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"New York Times" qəzetinin əməkdaşı Kaveh Afrasiabi İranın gizli agenti olmaqda təqsirləndirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, portalda məqalələri dərc olunan və özünü Tehran Universitetinin keçmiş müəllimi kimi təqdim edən Afrasiabi həbs olunub.

O, İran hökumətinin gizli agenti kimi fəaliyyət göstərməkdə ittiham olunur və 2007-ci ildən bu yana İranın BMT-dəki Daimi Nümayəndəliyinin sözügedən şəxsin bank hesabına 265 milyon dollar ödədiyi qeyd olunub.

Ədliyyə Nazirliyinin yaydığı məlumatda Afrasiabinin 1957-ci ildə İranda anadan olduğu və 1973-cü ildə ABŞ-a gəldiyi ifadə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory