Dünya

Serbiya Çin vaksinindən kütləvi istifadə edəcək ilk Avropa ölkəsi olub

16 Yanvar 2021 18:54
Baxış: 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Serbiya Çinin "Sinopharm" şirkətinin istehsal etdiyi koronavirus vaksinindən kütləvi vaksinasiya proqramı çərçivəsində istifadə edəcək ilk Avropa ölkəsi olub.

Milli.Az APA-ya istinadən bildirir ki, vaksinasiya proqramı çərçivəsində bu gün Çindən Serbiyaya 1 milyon doza vaksin çatdırılıb.

Vaksinin daşındığı konteynerləri Belqrad Hava limanında Serbiya Prezidenti Aleksandr Vuçiç və Çinin bu ölkədəki səfiri qarşılayıb. A. Vuçiç göndərilən vaksinlərə görə Çin Prezidenti Xi Jinpinqə təşəkkür edib.

Qeyd edək ki, Serbiyada bu vaxtadək yeni növ koronavirusa 369 823  yoluxma halı təsdiqlənib,  3  708 nəfərin xəstəlikdən vəfat etdiyi bildirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.