Dünya

Honkonqda quş qripi epidemiyası təhlükəli hal alır

16 Yanvar 2021 13:12
Baxış: 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Honkonqda ilk dəfə yüksək patogenli H5N8 quş qripi virusu aşkar olunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "South China Morning Post" qəzətinin məlumatına görə, mütəxəssislər virusun köçəri quşlar tərəfindən gətirildiyini ehtimal edirlər. Belə ki, virus məhz Çinin materik hissəsi ilə həmsərhəd olan "May Po" qoruğu ərazisində qışlayan köçəri quşların nəcis nümunələrində tapılıb.

Qeyd edək ki, 1997-ci ildən bəri Honkonqda dəfələrlə quş qripi epidemiyası baş verib. Lakin H5N8 virusunun yeni ştammı ilk dəfədir ki, bu ərazilərdə aşkar olunub.

Növbəti epidemiyanın qarşısını almaq məqsədilə yerli hakimiyyət orqanları quş ətinin satıldığı bazarlara nəzarəti gücləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.