Dünya

İndoneziyada qəzaya uğramış təyyarənin ikinci qara qutusu tapıldı

15 Yanvar 2021 18:34
Baxış: 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İndoneziyada qəzaya uğramış təyyarənin ikinci qara qutusu da tapılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki,bu barədə İndoneziyanın hökumət təmsilçisi məlumat verib. Qeyd olunub ki, təyyarənin səsyazmaları qeydə alan ikinci qara qutusu da aşkar edilib. Siqnalları qeydə alan qurğu tapılsa da, içi boş olub. Buna görə də qara qutunun oxunması mümkün olmayacaq.

İndiyə qədər həyatını itirənlərdən 12 nəfərin identifikasiya işlərinin başa çatdığı da bildirilib. Onların şəxsiyyəti müəyyən olunub. Hazırda identifikasiya işləri və həlak olanların axtarışları davam edir. Həmçinin təyyarənin müxtəlif qalıqları və hissələri 13 torbaya toplanaraq araşdırılmağa aparlıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.