Dünya

Gürcüstanda məktəblərin yaxın günlərdə açılması gözlənilmir

15 Yanvar 2021 07:07
Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda yaxın günlərdə məktəblərin açılması barədə yayılan məlumatlar əsassızdır. Mövcud yoluxma sayı və vəziyyət bu barədə danışmağa imkan vermir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze Koordinasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə söyləyib.

Nazir deyib: "Uşaqları düzgün mühitdə böyütməyin və onlara təhsil verməyin vacibliyindən tez-tez danışırıq. Bununla bağlı Təhsil Nazirliyi ilə birgə işləyirik. Uşaqların sağlamlığı və təhlükəsizliyinin qorunmasının əsas məsələ olduğunu unutmamalıyıq. Buna görə də bəzi fikirlərimiz olsa da, bu mövzuda daha diqqətli davranırıq".

Y.Tikaradze vurğulayıb ki, imkan olan kimi qısa müddətdə Təhsil Nazirliyi uşaqların təhlükəsiz şəkildə məktəblərə getməsi üçün hər cür şəraiti təmin edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.