Dünya

Polşada karantin rejimi ay sonunadək uzadıldı

12 Yanvar 2021 12:51
Baxış: 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşada koronavirusun qarşısını almaq üçün tətbiq edilən sərt karantin rejimi yanvarın 31-dək uzadılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Adam Nedzelski məlumat yayıb. Qeyd olunub ki, məhdudiyyətlərə baxmayaraq, ibtiadi sinif şagirdləri 18 yanvardan etibarən ənənəvi təhsil sisteminə keçəcəklər.

Alış-veriş mərkəzləri, otellər, restoranlar və mədəni, idman mərkəzləri fəaliyyət göstərməyəcək. Dini ibadətgahlar, marketlər bəzi məhdudiyyətlərlə işləyəcək. Həmçinin 5 nəfərdən çox insanın toplaşması qadağandır.

Qeyd edək ki, Polşada 220 min səhiyyə işçisinə peyvənd vurulub. Son sutkada 4 min 622 nəfər koronavirusa yoluxub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.