"Ermənistan tarixində ən laqeyd, abırsız və satqın biri yenidən yalan danışır".
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu "Çiçəklənən Ermənistan" partiyası fraksiyasının deputatı Naira Zoqrabyan özünün feysbukdakı səhifəsində ölkənin baş naziri Nikol Paşinyanı nəzərdə tutaraq yazıb.
O, bildirib ki, Paşinyan noyabrın 9-da imzalanmış kapitulyasiya aktını ermənilərin gündəmindən çıxarmaq üçün Moskva səfəri ətrafında müzakirələr açır: "Əsir və itkinlərin valideynlərini aldadır ki, onların övladlarının qayıdışı üçün başqa bir xain sənəd imzalayacaq".
Naira Zoqrabyan iddia edib ki, əsirlərin və itkin düşənlərin valideynlərinin ağrı-acısı sonradan xain missiyanın icra edilməsi üçün istifadə olunacaq
Milli.Az