Dünya

Belçikanın Baş naziri velosipeddən yıxlaraq xəsarət alıb

4 İyun 2023 13:00
Baxış: 814
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Belçikanın Baş naziri Aleksandr De Kro evinin yaxınlığında velosipeddən yıxılaraq xəsarət alıb və huşunu itirib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Brüsseldən təxminən 60 kilometr uzaq yerləşən kənddə baş verib. Başından xəsarət alan Aleksandr De Kro xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edilir ki, De Kro bir neçə saat sonra xəstəxanadan buraxılıb.

Baş nazirin bazar günü istirahət edəcəyi və qəzanın onun gələn həftəki iş qrafikinə təsir etməyəcəyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.