Dünya

Rusiyada son sutkada 24 217 nəfər koronavirusa yoluxub

6 Yanvar 2021 15:29
Baxış: 516
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada son sutka ərzində daha 24 217 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, bunula ölkədə COVID-19-a yoluxanların 3 308 601 nəfərə çatıb.

Son sutka ərzində 445 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 59 951 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.