Dünya

Bu şəhər MDB-nin mədəniyyət paytaxtı elan olundu

6 Yanvar 2021 09:59
Baxış: 1 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tacikistanın paytaxtı Düşənbə 2021-ci ildə MDB-nin mədəniyyət paytaxtı, İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən isə turizm şəhəri elan olunub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi məlumat yayıb. 2021-ci il ərzində bununla bağlı Düşənbədə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Hazırda Düşənbədə 37 mehmanxana, 42 əyləncə mərkəzi, 25 bazar, 91 ticarət mərkəzi, 17 mədəniyyət və istirahət parkı, 7 professional teatr, 306 müalicə-profilaktika müəssisəsi və digər xidmət sahələri fəaliyyət göstərir.

Qeyd edək ki, 2020-ci ildə Qazaxıstanın Çimkənd şəhəri MDB-nin mədəniyyət paytaxtı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.