Norveçdə COVID-19 əleyhinə peyvənd olunmuş iki şəxs vəfat edib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə ölkənin Dərman Vasitələri Agentliyi bildirib.
"Yanvarın 5-də biz peyvənd edilmədən bir neçə gün sonra ölmüş iki şəxs barədə xəbər aldıq", - məlumatda deyilir.
Norveçdə Amerika şirkəti - "Pfizer" və onun alman partnyoru "BioNTech" tərəfindən istehsal edilmiş preparatdan istifadə ilə vaksinləmə ötən ilin 27 dekabrında başlayıb.
Milli.Az