Dünya

Nigeriyada matəm elan edildi - VİDEO

5 Yanvar 2021 10:28
Baxış: 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigeriyada  terrorçular tərəfindən öldürülən 100 nəfərin xatirəsini yad etmək üçün üç günlük matəm elan olunub.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri məlumat yayıb.

"Biz bütün ölkə ərazisində 3 günlük matəm elan etdik", - nazir bildirib. Onun sözlərinə görə, qərar Nigerin Milli Təhlükəsizlik Şurasının iclasında qəbul edilib.

Qeyd edək ki, yanvarın 2-də terrorçular ölkənin Tillaberi rayonundakı iki qəsəbəyə hücum etmişdilər. Çoma-Banqu qəsəbəsində 70, Zarumadareye qəsəbəsində isə 30 nəfər qətlə yetirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.