Dünya

“Oneqa”nın batdığı ərazidə ölənlərin cəsədləri tapılmadı

4 Yanvar 2021 12:15
Baxış: 682
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Oneqa" balıqçı gəmisinin qəzaya uğradığı ərazidə axtarış-xilasetmə əməliyyatı tamamlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Rosmorreçflot"dan (Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyi) bildirilib.

Məlumatlara görə, balıqçıların cəsədləri tapılmayıb.

Xatırladaq ki, "Oneqa" balıqçı gəmisi dekabrın 28-də Rusiyanın Arxanqelsk vilayətində Yeni Torpaq arxipelaqı yaxınlığında, Barents dənizinin sularında batıb. İlkin məlumatlara görə "Oneqa" gəmisinin qəzaya uğramasına səbəb buzlanma olub. Gəmidə 19 nəfər olub və yaxınlıqdakı "Voykovo" gəmisi iki nəfəri xilas etməyə nail olub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.