Dünya

20 yaşlı gəlin ərini atıb sevgilisinə qaçdı - MEYİTLƏRİ EYNİ YERDƏ TAPILDI

3 Yanvar 2021 04:30
Baxış: 9 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə gənc cütlük öldürülüb.

Milli.Az xəbər verir ki, dəhşətli qətl Kırşehir vilayətinin Kaman rayonunun Bayramözü kəndində baş verib. Kənd sakini olan 20 yaşlı Vildan İncə bir müddət əvvəl ailəsi tərəfindən zorla əmisi oğluna ərə verilib.

Lakin 50 gün əvvəl yeni gəlin sevdiyi 24 yaşlı Osman Çelikə qoşularaq qaçıb. Təxminən ay yarım ərzində harada olduqları bilinməyən cütlük 3 gün əvvəl Osmanın valideynləri ilə bayramlaşmaq üçün kəndə qayıdıblar.

Bundan xəbər tutan qızın ailəsi ismarış göndərərək onları bağışladıqlarını və Osmanla birgə qonaq dəvət etdiklərini, birdəfəlik barışmaq istədiklərini deyiblər. Bu xəbərə sevinən cütlük V.İncənin ata evinə gediblər. Burada qızın atası, əmisi, dini nikahlı əri və bir neçə digər şəxs onları tələyə salaraq tutub. Hər iki şəxsi öldürən ailə üzvləri onların meyitlərini kəndin yaxınlığında basdırıb.

Osman Çelikdən xəbər ala bilməyən ailəsi polisə müraciət edib. Məlum olub ki, onların 24 yaşlı oğullarını qaçırdığı qızla birlikdə V.İncənin yaxınları amansızlıqla öldürüb. Gənclərin meyiti basdırıldıqları yerdən çıxarılıb.

Artıq cinayəti törədən şəxslər tutulublar. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.