Dünya

Bu il İstanbulda terror təşkilatlarına qarşı 500-dən çox əməliyyat keçirilib

1 Yanvar 2021 09:05
Baxış: 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulda bu il terror təşkilatlarına qarşı 507 əməliyyat keçirilib. Bu əməliyyatlar zamanı 2417 şübhəli saxlanılıb ki, onlardan da 745-i həbs edilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya bildirib.

Ötən ilə nisbətən dünyanın ən böyük müqapolislərindən olan İstanbulda törədilən cinayətlərin sayının 47 faizədək azaldığını deyən vali yeni il axşamı şəhərdə ümumilikdə 34 min 247 polis əməkdaşının iş başında olacağını bildirib.

Ölkədə dekabrın 31-i yerli vaxtla saat 21:00-dan yanvarın 4-ü saat 05:00-dək komendant saatının tətbiq ediləcəyini xatırladan vali bu qadağaların turistlərə şamil edilmədiyini, lakin bu vaxt ərzində şəhərin bəzi mərkəzi bölgələrinə giriş və çıxışların tamamilə dayandırılacağını bildirib.

Şəhərdə COVID-19-la bağlı son vəziyyət haqqında məlumat verən A.Yerlikaya deyib: "Şəhərdə virusun yayılmasının qarşısını almaq məqsədilə 10 min 588 nəfərdən ibarət 2674 qrup fəaliyyət göstərir. Bu qruplar tərəfindən avqustun 21-dən indiyədək 6 milyon 15 min ictimai obyektdə yoxlamalar keçirilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.