Böyük Britaniyada 101 yaşını qeyd edən Coys Linas uzunömürlülüyünün gizlinini bölüşüb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Linas gənclik illərində atasına fermada yardım edib, daha sonra ayaqqabı fabrikində çalışıb. Bir müddət sonra isə oyuncaq istehsalı müəssisəsində usta kimi fəaliyyət göstərib və təqaüdə çıxana qədər həmin fabrikdə işləyib.
Uzun ömür sürməsinin səbəbini isə çox sadə bir vərdişlə əlaqələndirir. Linasın sözlərinə görə, ona sağlamlıq və enerji verən əsas amil hər gün bir stəkan limonad içməsidir.
"Anamın evdə hazırladığı limonadın dadı hələ də damağımdadır. O vaxtdan bu günə qədər hər gün bir stəkan limonad içirəm. Xüsusilə şəffaf olanlara üstünlük verirəm", - deyə britaniyalı qadın qeyd edib.
Əlamətdar yaşı qeyd edən Linas növbəti - 102-ci doğum gününü isə qeyri-adi şəkildə qarşılamağı planlaşdırır. O, həmin gün hava şarı ilə gəzintiyə çıxmaq istədiyini də açıqlayıb.
Musa
Milli.Az





