ABŞ mütəxəssislər çərşənbə axşamı Kolorado ştatında ilk dəfə koronavirusun "Britaniya" variantına (COVID-19 B.1.1.7) yoluxma aşkar ediblər.
Milli.Az xəbər verir ki, bu barədə Kolorado ştatının qubernatoru Jared Polis açıqlamasında bildirib.
Qubernator deyib ki, yoluxan şəxs təqribən 20-29 yaş aralığında olan kişidir: "O, təcrid olunub. Səlahiyyətli orqanların məruzələrinə görə, yoluxmuş şəxs son vaxtlar uzun səfərlər etməyib".
J.Polis yeni COVID-19 variantı haqqında hələ çox şey bilmədiklərini, lakin daha sürətlə yayılmasına dair məlumatlı olduqlarını söyləyib. /medicina.az
Milli.Az