Dünya

“Türkiyə Avropa İttifaqına qoşulmağa hazırdır”

30 Dekabr 2020 16:41
Baxış: 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gələn il münasibətlərimizin daha müsbət istiqamətdə irəliləməsi üçün hazırıq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekununa dair mətbuat konfransında Türkiyə və Avropa İttifaqı əlaqələrinə münasibət bildirərkən deyib.

"AB ilə münasibətlərimizdə eniş-çıxışlar oldu, ötən il xüsusilə Yunanıstan, Kiprin yunan tərəfi və Fransa ilə gərgin keçdi. Buna baxmayaraq dekabr ayında "Türkiyə ilə daha yaxşı əlaqələr qurmalıyıq" deyən ölkələrin sağlam düşüncəsi öndə idi. Gələn il münasibətlərimizi daha müsbət istiqamətlərdə inkişaf etdirməyə hazırıq.

Prezidentimiz "Gələcək Avropadadır" deyəndə Avropanın bir parçası olduğumuzu bildirir. Hamı Avropa ilə yaxşı münasibətlər qurmaq istədiyi kimi, biz də eynisini edirik. Prezidentimiz son vaxtlar islahatlara çağırır. Türkiyə Avropa İttifaqına qoşulmağa hazırdır",- Çavuşoğlu qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.