Dünya

Koronavirusun yeni ştammı dünyanın ən çox insan yaşayan daha bir ölkəsinə çatdı

29 Dekabr 2020 12:19
Baxış: 768
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda ən azı altı nəfərdə koronavirusun mutasiyaya uğramış və daha aqressiv ştammına yoluxma halı qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yoluxmuş altı nəfərin hamısı bu yaxınlarda Böyük Britaniyadan qayıdıb.

Məlumata görə, cari ilin 25 noyabr-23 dekabr tarixində İngiltərədən Hindistana təxminən 33 min sərnişinin gedib. Onlardan 114 nəfərdə koronavirus testi müsbət nəticə verib.

Böyük Britaniyada koronavirusun yeni növünün yayılması ilə əlaqədar Hindistan 23 dekabrdan etibarən Birləşmiş Krallığa gediş-gəlişini dayandırıb. Yerli hakimiyyət orqanlarına mərkəzi hökumət tərəfindən son dörd həftə ərzində Britaniyadan qayıdan bütün insanları COVID-19 əlamətlərinin olması barədə sorğu keçirmək və lazım gələrsə, onları test etmək tapşırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory