Dünya

"Dünyanın ən böyük uşağı" 21 yaşında vəfat edib - FOTO

29 Dekabr 2020 09:29
Baxış: 2 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federasiyasının vətəndaşı olan, "dünyanın ən böyük uşağı" kimi Ginnesin Rekordlar Kitabına düşən Kabarda-Balkariya Respublikasının sakini Cambulat Xatoxov ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın gənc güləş komandasının məşqçisi Betal Qubjev özünün "Instagram" səhifəsində paylaşım edib.

"Ginnesin Rekordlar Kitabının rekordçusu, Kabarda-Balkariya Respublikasının ilk sumo güləşçisi Cambulat Xatoxov vəfat edib. Ailəsinə və yaxınlarına başsağlığı verirəm", - deyə Qubjev yazıb.

21 yaşlı C.Xatoxovun ölüm səbəbi açıqlanmır.

Məlumata görə, C.Xatoxov 2003-cü ildə Ginnesin Rekordlar Kitabına düşüb. İki yaşında 34 kiloqram çəkisi olan Xatoxov yeddi yaşında - 115, on üç yaşında - təxminən 180 kiloqram ağırlığında idi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.