Dünya

Rusiyada qanunsuz silah satan 28 nəfər saxlanıldı

28 Dekabr 2020 19:49
Baxış: 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Təhlükəsizlik Xidməti (FSB) qüvvələri qanunsuz silah ticarəti ilə məşğul olan dəstələrə qarşı əməliyyat keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 10 məkanda həyata keçirilən əməliyyat zamanı 11 qanunsuz silah emalatxanası aşkarlanıb.

FSB qüvvələri "Kalaşnikov" avtomatları, uzun lüləli tüfəng, əl bombası, pulemyot, minaatandan ibarət silah-sursat ələ keçirib.

Yeraltı emalatxanalarda 24 avtomat, 23 tüfəng, 57 silah və 15 müxtəlif çaplı minaatan tapılıb. Hazırlanan silahların Rusiyada və xarici ölkələrdə satıldığı qeyd olunub, satışla məşğul olan 28 nəfər saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.