Dünya

Ruhani ABŞ-ı İranın vaksin əldə etməsinə mane olmaqda günahlandırıb

27 Dekabr 2020 11:10
Baxış: 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Prezidenti Həsən Ruhani ABŞ-ı Tehranın koronavirus peyvəndi əldə etməsinə əngəl törətməkdə günahlandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Ruhani bildirib ki, "Vaşinqton Ümumdünya Səhiyyə Təşkilatını qorxutmaqdan da çəkinmir".

"Amerika Birləşmiş Ştatları bizim üçün peyvənd, dərman və qida məhsulları, eləcə də kənardan almaq istədiyimiz digər mallarla bağlı problemlər yaradır", - Ruhani belə deyib.

Qeyd edək ki, İranda indiyədək 1 194 963 nəfərdə koronavirus aşkar olunub, 942 548 nəfər müalicə olunaraq sağalıb, 54 574 nəfər isə bu virusdan ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.