İngiltərə, Niderland, Danimarka və CAR-dan Türkiyəyə daxil olan 335 sərnişinin test nəticələri mənfi olsa da, karantinə alınıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca tvitterdə məlumat verib. O, bəzi Avropa ölkələrində koronavirusun mutasiyaya uğramış yeni növü aşkarlandığı üçün tətdbirlər gördüklərini qeyd edib:
"14 dekabr tarixində İngiltərədən gələn bütün sərnişinlər müəyyən edildi, 4603 sərnişin evlərində və otellərdə sosial həyatdan təcrid olunub", - deyə nazir bildirib.
Milli.Az