Dünya

Bu ölkədə COVID-19 virusuna yoluxanların sayı yarım milyonu ötüb

21 Dekabr 2020 11:29
Baxış: 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son sutkada Banqladeşdə koronavirusa 1153 yoluxma və bu virus səbəbindən 38 ölüm faktı qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə virusa yoluxanların ümumi sayı 500 mini ötüb, ölənlərin sayı isə 7280-ə çatıb.

Bildirilir ki, indiyədək 437 min nəfər xəstəlikdən sağalıb. Banqladeşdə virusa yoluxanların 1,45 faizi ölüb, 87 faizi isə sağalıb.

Qeyd edək ki, Banqladeşdə COVID-19 infeksiyasına ilk yoluxma martın 8-də, ilk ölüm isə martın 18-də qeydə alınıb. Ölkədə ən çox yoluxma paytaxt Dəkkə, Çattoqram və Narayanqanc şəhərlərindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.