Dünya

Nepal Prezidenti parlamenti buraxdı

20 Dekabr 2020 17:52
Baxış: 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nepal prezidenti Bidxa Devi Bxandari parlamentin aşağı palatasını buraxıb və ümumi seçkilər üçün tarix təyin edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Himalayan Times" qəzeti xəbər verir.

Bxandari bu sərəncamı, Nepal Baş naziri Khadga Prasad Sharma Olinun tövsiyəsinə əsasən verib.

Bundan əlavə, o, hökumətin ümumi seçkilərin iki turda - 30 aprel və 10 may 2021-ci il tarixli keçirilməsinə dair tövsiyələrini də təsdiqləyib.

Qəzet qeyd edir ki, hökumət bu tövsiyələri hakim partiyanın daxilində baş verən siyasi böhrandan sonra verib. Belə ki, müxalifət Nepal Kommunist Partiyasından seçilən baş nazirin istefasını tələb edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.