Dünya

Sabah Yupiter və Saturnun böyük birləşməsi baş verəcək

20 Dekabr 2020 10:01
Baxış: 1 273
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kosmosda Yupiter və Saturnun böyük birləşməsi 21 dekabr axşamı müşahidə edilə bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə astronom Aleksandr Yakuşeçkin məlumat verib.

Rusiyada bu astronomik hadisə ən yaxşı cənub bölgələrində müşahidə ediləcək.

Astronomun sözlərinə görə, 21 dekabr 2020-ci ildə yer üzündə yaşayan insanlar Yupiter və Saturnun birləşməsi deyilən çox möhtəşəm bir hadisəni izləyə bilər.

Aleksandr Yakuşeçkin onu da bildirib ki, astronomiyada planetlərin birləşməsi müşahidəçi üçün səma sferasında vizual yaxınlaşma anıdır, planetlər arasında isə böyük bir məsafə ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.