Dünya

Putin peyvənd olunmadığını açıqladı

17 Dekabr 2020 17:38
Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı hələ ki, peyvənd olunmadığını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə bu gün keçirilən illik mətbuat konfransında açıqlama verib.

O, həmçinin Rusiya istehsalı "Sputnik V" peyvəndinin koronavirusa qarşı effektivliyinin 97%-ə qədər çatdığını qeyd edib.

Xatırladaq ki, Vladimir Putin bu ilin avqustunda ölkədə istehsal olunan koronavirus infeksiyasına qarşı vaksinin dünyada rəsmi olaraq qeydiyyatdan keçən ilk peyvənd olduğunu açıqlamış, üstəlik qızlarından birinin də peyvənd etdirdiyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.