Dünya

Gəlin toyundan 3 gün sonra "qardaşı" ilə qaçdı

16 Dekabr 2020 22:35
Baxış: 2 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Uttar Pradeş əyalətinin sakini öz toyundan üç gün sonra "qardaşı" ilə qaçıb.

Milli.Az xəbər verir ki, cütlüyün 25-28 noyabr tarixlərində toyu olub.

28 noyabrda sevgilisi özünü qızın qardaşı kimi təqdim edərək gəlinin yanına gəlib. Onlar həmin gecə zinət əşyalarını da götürərək evdən qaçıb.

Bəyin ailə üzvləri gəlini və "qardaşını" tapa bilmədikdən sonra gəlinin qohumları ilə əlaqə saxlayıb. Gəlinin anası və kürəkəni polisə şikayət edərək qızın tapılmasını tələb edib, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları "qaçaqları" tapmaq üçün heç bir tədbir görməyib.

Bəyin, ailə üzvlərinin və gəlinin anasının təkrar müraciətindən sonra polislər qısa müddətdə qadını və sevgilisini tapacaqlarına əmin ediblər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.