Dünya

Britaniyada koronavirusun yeni ştammı aşkar edilib

16 Dekabr 2020 07:21
Baxış: 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniya həkimləri koronavirusun insandan insana daha sürətlə keçə bilən yeni variantını aşkar ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, səhiyyə naziri Mett Henkok bu məlumatı parlamentdə çıxışında bəyan edib.

Nazirin sözlərinə görə, Britaniyanın 60 rayonundakı xəstəxanalarda koronavirusun bu yeni ştammına yoluxma halları qeydə alınıb. O bildirib ki, hazırda yeni ştamm Solsberi yaxınlığında yerləşən Porton-Daun hərbi laboratoriyasında araşdırılır. Mett Henkok daha sonra əlavə edib ki, yeni ştamm haqqında artıq Ümumdünya Səhiyyə Təşkilatına məlumat verilib.

Henkokun sözlərinə görə, ekspertlər hesab edirlər ki, koronavirusa qarşı perspektivli vaksinlər yeni ştamma da təsir edəcək. O deyib: "Biz, əsasən İngiltərənin cənubunda koronavirusun bu variantına yoluxma ilə bağlı minə yaxın hadisəni müəyyən etmişik".

Virusun yeni ştammının belə geniş yayılması onunla izah olunur ki, o insandan insana daha sürətlə keçə bilir. Ancaq ekspertlər hələ bunu qəti deyə bilmirlər. Nazirin sözlərinə görə, yeni ştamma yoluxmuş insanlarda xəstəliyin daha ağır keçəcəyini deməyə də hələlik əsas yoxdur.

Nazir deyib: "Bu ölümcül xəstəliyi nəzarət altında saxlamaq üçün, səbəblərdən asılı olmayaraq, biz tezliklə qəti tədbirlər görməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.