Dünya

Çində sürücüsüz avtomobil istehsalı başladı

14 Dekabr 2020 18:59
Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin şərqindəki Şandun əyalətində yerləşən avtomobil istehsalı bazası rəsmi olaraq kommersiya məqsədli istifadə üçün nəzərdə tutulan, 5G texnologiyalarından istifadə edilməklə alternativ enerji mənbələri ilə işləyən sürücüsüz avtomobillərin buraxılışına başlayıb.

Milli.Az unikal.org-a istinadən istinadən xəbər verir ki, ekoloji cəhətdən təmiz enerji mənbəyinə malik ilk "ağıllı" avtomobil dekabrın 12-də Şandun əyalətinin inzibati mərkəzi olan Tszinan şəhərinin Layu rayonundakı istehsal xəttində konveyerdən çıxıb.

Avtomobil logistika xidmətində istifadə olunacaq.

"Allcheer Intelligent Automobile" şirkətinin maliyyəsi ilə "China Construction Electric Power Construction Co., Ltd" tərəfindən inşa edilən ilk istehsal xətti ildə 100 min "ağıllı" avtomobil istehsal edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.